Sektorun öndə gedən şirkətlərinin adları bir platformada...

Qafqazdakı investorlar ilə üzbəüz görüşmək imkanı...

Dünyanın Ən sürətlə Böyüyən Ölkəsi Azerbaycan!

Azərbaycan Haqqında
Azərbaycan rəsmi adı ilə Azərbaycan Respublikası kimi tanınır və Qafqaz regionunda ən əlverişli və böyük ölkə hesab olunur. Paytaxt Bakı şəhəri son illərdə sürətlə inkişaf edərək modern bir şəhərə çevrilmişdir. Azərbaycan, Şərqi Avropa və Qərbi Asiya arasında yerləşir. Şərq tərəfdən Xəzər dənizi ilə əhatə olunub, şimal tərəfdən isə Rusiya ilə qonşudur. Şimal-qərb və qərbdə isə Gürcüstanla, Cənub-qərbdə  Ermənistanla , cənubda İranla, qərbində  Türkiyə ilə qonşudur. Paytaxtı Bakı olan Azərbaycan 65 rayon və 69 şəhərdən ibarətdir. Rəsmi dili Azərbaycan dili olmaqla, uzun illər Rusiya tərəfindən idarə olunduğuna  görə Rus dilində və müəyyən qədər Türkcə danışılmaqdadır. Bəzi bölgələrində İngiliz, Alman və Ərəb dillərindən də istifadə olunur.

İqtisadiyyat

Azərbaycan Respublikası  90-cı illərin əvəllərində Sovet Rusiyasının dağılması ilə əldə edilən müstəqillik nəticəsində öz iqtisadiyyatını inkişaf etdirməyə başladı. Bakı-Tiflis-Ceyhan boru xəttinin inşası ilə Azərbaycan neft sektorunda bir yeniliyə imza atdı. Ümumi daxili məhsul  (ÜDM) hər il artmaqdadır və dünyanın çox nadir ölkələrində belə yüksək nəticələrə rast gəlmək mümkündür. Normal şərtlər daxilində bu cür ÜDM nisbətindəki artımın uzun müddət  davam etməsi demək olar kı mümkün deyil, lakin Aazərbaycan Respublikası buna nail olmuşdur. Uzun müddətdir neft ehtiyatları ticarəti  Azərbaycan iqtisadiyyatının təməl gücünə çevrilmişdir. Bu nəticənin növbəti illərdə ikiqat artacağı ehtimal olunur. Xəzər hövzəsindəki digər sərhəd ölkələrlə paylaşdıqları neft ehtiyatları Şimal dənizi qədər böyükdür.

Xaricdə Əmlak

Son vaxtlarda ölkədə  baş verən yüksək iqtisadi göstəricilərin  nəticəsi olarakq, bir çox Azərbaycanlılar  xarici ölkələrdə daşınmaz əmlak sektoruna investisiyalar  yatırtmaqdadırlar. Azərbaycanlılar ümumilikdə işlə bağlı olaraq xarici ölkələrdə daşınmaz əmlaka investisiya yatırırlar Lakin bununla bərabər özləri üçün yəni yaşamaq üçün də əmlaklar alırlar, buna ən bariz nümunə kimi son vaxtlarda xarici ölkələrdə oxuyan tələbə gənclərin sayının sürətlə artmasını misal çəkmək olar. İqtisadi ekspert  Oktay Haqverdiyev  yerli ictimaiyyətə verdiyi açıqlamasında son 10-15 il ərzində  xarici  ölkələrdə Azərbaycanlıların daşınmaz əmlaklara milyonlarla investisiya yatırdıqlarını bildirmişdir. Dəqiq statistik məlumatlar olmadığı üçün konkret rəqəm demək çətindir.  Davamlı İnkişaf və  Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev öz açıqlamasında Azərbaycan vətəndaşlarının əsasən Türkiyə, İlgiltərə (ən çox London), İtalya, Monako, Zurih, Avstriya, B.Ə.Ə (əsasən Dubay), Almanya, Fransa (Paris) kimi yerlərdən əmlaklar aldıqlarını, bildirmişdir. Azərbaycanlıların daşınmaz əmlak bazarının bahalı və sabit olan ölkələrindən lüks və dəbdəbəli  mənzillərin alınmasına üstünlük verdiyini qeyd edə bilərik. “MBA Consulting Group” şirkətinin rəhbəri Nüsrət İbrahimov isə orta gəlirli Azərbaycanlıların əsasən Şərqi Avropa ölkələrində əmlak alınmasında maraqlı olduqlarını bildirmişdir.