Sektorun öndə gedən şirkətlərinin adları bir platformada...

Qafqazdakı investorlar ilə üzbəüz görüşmək imkanı...

Dünyanın Ən sürətlə Böyüyən Ölkəsi Azerbaycan!

Sərginin Adı: RecExpo
Sərginin Tarixi: 23-25 Noyabr 2017, Azərbaycan
Sərginin Təşkil Edildiyi Yer: Bakı Ekspo Mərkəzi
Sərginin Haqqında Məlumat : Daşınmaz Əmlak və İnvestesiya

STAND KİTAB

AZƏRBAYCANDA TƏŞKİL EDİLƏN ƏN GENİŞMİQYASLI VƏ PEŞƏKAR SƏRGİ. 2-Cİ BEYNƏLXALQ DAŞINMAZ ƏMLAK VƏ İNVESTİSİYA SƏRGİSİ

Elan Expo və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan 2-ci Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi, müvəffəqiyətlə həyata keçirildi.

 

 

OPENING CEREMONY ORGANIZED AT TOP LEVEL

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  hörmətli Kərəm  Həsən ov sərgini açıq elan etdi. Hörmətli sədr ictimaiyyətə verdiyi açıqlamasında, təşkil edilmiş olan  2-ci “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin” 2016 cı ildə əmlak və investisya sahəsində reallaşan ən irimiqyaslı və peşəkar tədbir olduğunu bildirdi. ASK, AZPROMO, ABA kim i Azərbaycanın tanınmış federasiyalarından,üst səviyyədə idarəçilərin, habelə Türkiyə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Portuqaliya, İran, Əfqanıstan, Misir, Filistin, Kuveyt, Mərakeş və Ürdün kimi 12 fərqli ölkələrin səfirlərinin və ticarət ataşelərinin iştirak etdiyi tədbirdə, qırmızı lenti hörmətli Kərəm Həsənov kəsdi və sərgini açıq elan etdi.

91 YERLİ VƏ BEYNƏLXALQ İŞTİRAKÇI ŞİRKƏTLƏR,152 BRENDLƏŞMİŞ LAYİHƏLƏRİ  İLƏ RECEXPODA  İŞTİRAK ETDİLƏR

Azərbaycan, Türkiyə, B.Ə.Ə, Rusiya, Ukrayna, Almanya, İspanya, Portuqaliya, Gürcüstan, Macarıstan, Lüksemburq və Kipr kimi ölkələrin, daşınmaz əmlak sektorunun 152 brendləşmiş layihəsi, həmçinin yerli və beynəlxalq ziyarətçilər, investorlar və sektorun qabaqcıl  simaları, peşəkar platformada bir araya gəldilər.
Ziyarətçilər eyni zamanda həm daşınmaz əmlak layihələri ilə tanış olmaq, həm də onları müqayisələndirmək imkanına sahib oldular. 2 Recexpo ən sərfəli qiymətlərlə mənzil və ya qeyri-yaşayış sahəsi almaq istəyən investorlar üçün keyfiyyətli və unikal bir platforma oldu.12 fərqli ölkədən olan iştirakçı şirkətlərin layihələri ,5400 ziyarətçidən başqa ,sərmayəçilərə,investorlara,ticarət və ipoteka banklarına habelə maliyyə icarəsi şirkətlərinə də təqdim olundu.

 

 

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI CƏNAB İLHAM ƏLIYEV RECEXPONU ZIYARƏT ETDI

Azərbaycanda təşkil edilmiş Recexpo “Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”, cənab İlham Əliyevi və xanımı Mehriban Əliyevanı da qonaq qismində qarşıladı.Sərginin ikinci günündə Prezident cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva, iştirakçı şirkətlərin stendlərini ziayarət edərək layihələr haqqında məlumatlar aldılar.



 

"DAŞINMAZ ƏMLAK,ÖZƏLLƏŞDİRMƏ VƏ İNVESTİSİYA SƏRGİSİ KONFARNSI", İŞTİRKAÇILAR TƏRƏFİNDƏN BÖYÜK  MARAQLA QARŞILANDI

Daşınmaz Əmlak,Özəlləşdirmə və İnvestisiya Sərgisi Konfarnsı”, BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri hörmətli Elşad Xanəlibəylinin başçılığı ilə realaşdırıldı. Konfrans, sərginin 2 ci günü noyabr ayının 23-də Bakı Ekspo Mərkəzinin seminar zalında uğurla həyata keçirildi.


 

 

• Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini hörmətli Rafiq Cəlilov
• İqtisadi və Sosial sahələrin inkişafı şöbəsinin müdiri Cəmaləddin Quliyev
• Vergi Siyasəti və Strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva
• Dövlət Gömrük Komitəsi, Performans Dəyərləndirilməsi və Motivasiya məsələləri üzrə baş direktor hörmətli İqbal Babayev
•Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti həmçinin “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri  hörmətli professor Zakir Nuriyev

konfransda çıxış edənlər arasında idilər. İştirakçılara, daşınmaz əmlak layihələri və onların alınmasına dair məsləhətlər həmiçinin Azərbaycanda əmlak sektoruna investisiya etmək istəyən  xarici  investorlara, hal-hazırdakı fürsətlər və Azərbaycanın əmlak bazarındakı vəziyyətlə bağlı mühüm və  geniş məlumatlar verildi.



2.RECEXPO-YA MƏTBUATIN BÖYÜK MARAĞI

Türkiyə, Azərbaycan və digər ölkələrin qabaqcıl media və informasiya agentlikləri, Recexpodakı bütün fəaliyyətləri yaxından izləyirdilər. Sərgidə baş verən ən son yenilikləri paylaşır, həmçinin sərgidə iştirak edən şirkətlərdən, habelə diplomatlar və nazirlərdən reportajlar alırdılar. AZTV, ATV,Space  TV, İctimai TV, Səs TV, Hüriyyət, Sabah, Milliyət, Haber Türk, Star, Akşam, Yeni Şəfəq ,Posta və Dünya qəzetlərinin mətbuat nümayəndələri, sərgidə iştirak edənlər arasında idilər.








3. RECEXPO “DAŞINMAZ ƏMLAK VƏ İNVESTISIYA SƏRGISI” 23-25 NOYABR  TARIXLƏRI ARASIINDA KEÇIRILƏCƏKDIR.

Find the business environment you have been always looking for at recexpo - 2017

 

PARTNYORLAR
DƏSTƏKÇILƏRIMIZ
XƏBƏRLƏR

E-BÜLTENIMIZƏ ABUNƏ OLUN

Sərgimizlə bağlı daha ətraflı məlumat əldə etmək üçün  email ünvanınızı bizimlə paylaşın.